Beka Vardosanidzenin yaşadığı Şalva Apxaidze küçəsində istintaq hərəkətləri başa çatıb. Bu gün səhər saatlarından etibarən Dövlət Təhlükəsizliyi Xidmətinin terrorla mübarizə idarəsinin əməkdaşları Beka Vardosanidzenin evində və qarajında axtarış aparıblar.
Qarajda aparılan axtarış zamanı kompüter və digər elektron cihazlar götürülüb.
“Heç nə bilmirəm, Bekanı bu gün səhər aparıblar. Axtarış aparıldı, götürülə bilən hər şey. Beka və terrorizm? Bu inanılmazdır. Nə baş verdiyini bilmirəm. Beka bizimlə yaşamır, qarajda yaşayır və orada studiyası var”, – Beka Vardosanidzenin anası bildirib.
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Beka Vardosanidze terrorla bağlı yalan məlumatın verilməsi faktı üzrə aparılan istintaq çərçivəsində şahid qismində dindiriləcək.