Beka Tsikarişvili - tələb edirik ki, baş nazir susmasın və ictimai bəyanat versin
Beka Tsikarişvili - tələb edirik ki, baş nazir susmasın və ictimai bəyanat versin

“Bəyaz səs-küy hərəkatının” təşkilatçılığı ilə Parlament önündə aksiya saat 15:00 yenilənəcək. Hərəkatın lideri, Beka Tsikarişvilinin bəyan etdiyinə görə, onların tələbləri Baş nazirin və Di nazirinin istefası, həmçinin narkosiyasətin islahatıdır.

“Tələb edirik ki, baş nazir susmasın və ictimai bəyanat versin. Əks təqdirdə, tələbimiz ki, Giorgi Kvirikaşvili istefa versin, qüvvədə qalır. Çünki biz başa düşmürük ki, baş nazirimiz var ya yox.

Həmçinin əminəm ki, Dİ nazirsiz bu əmr verilə bilməzdi. Xüsusi dəstə üzvlərinin göndərilməsinə və insan haqqlarının kütləvi pozulmasına o, məsuliyyət daşıyır. Onun istefası tələbi legitimdir”, – Beka Tsikarişvili bəyan etdi.

Tsikarişvilinin dediyinə görə, xüsusi dəstənin məqsədi, ictimaiyyətə polisin gücünü nümayiş etdirmək idi.