Beka Tsikarişvili - eskalasiyanı başdan rədd etmək məqsədi ilə, Parlament önündə aksiyanı dayandırırıq, fəaliyyət planı barəsində az sonra bildirəcəm
“Bəyaz səs-küy hərəkatının” lideri, Beka Tsikarişvilinin məlumatına görə, onların aksiyasının, Rustaveli prospektində, parlament önündə, artıq keçirilməməsi mümkündür.
Tsikarişvilinin jurnalistlərlə söhbəti zamanı qeyd etdiyinə görə, eskalasiyanı başdan rədd etmək məqsədi ilə, Parlament önündə aksiyanı dayandırırlar və fəaliyyət planı barəsində ictimaiyyətə az sonra sosoial şəbəkə vasitəsi ilə bildirəcəklər.
Az öncə, Polis, Rustaveli prospektində ictimai asayişin pozulmasına görə üç nəfəri yaxaladı.
Həmçinin polis Tbilisidə, Rustaveli prospektində, Parlament önündəki çadırları yığışdırdı.
Xatırladaq ki, aksiya iştirakçıları gecə klublarında keçirilən xüsusi əməliyyatlara etiraz edirlər və baş nazirdən açıqlama gözləyirlər.