Beka Peradze iş yerlərində baş verən qəzalarda ölənlərin sayının 31 faiz azaldığını bildirir
Əmək Müfəttişliyi Xidmətinin rəhbəri Beka Peradze əmək təhlükəsizliyi qanununun qüvvəyə minməsindən sonra iş yerlərində baş verən qəzalarda ölənlərin sayının 31 faiz azaldığını bildirir.
Beka Peradze parlamentdə 2021-ci ilin hesabatının təqdimatı zamanı qeyd olunan statistikanın həyata keçirilən tədbirlərin effektivliyinin əsas ölçüsü olduğunu bildirib.
Bundan başqa, Əmək Müfəttişliyi Xidmətindən verilən məlumatda, hesabatda əməyin mühafizəsi istiqamətində 2021-ci il ərzində aşkar edilmiş əsas qanun pozuntularının ətraflı şəkildə təsvir edildiyi deyilir.
Qeyd edildiyi üzrə, Əmək Müfəttişliyi Xidməti tərəfindən 2021-ci ildə 446 obyektdə 1074 təhlükəsizlik yoxlaması aparılıb.