Beka Odişaria - "Milli Hərəkat"dakı qarşıdurma mənə uşaqlıq oyununu xatırladır, bu qarşıdurma artıq deyil, komediya janrlı tamaşadır
“Milli Hərəkat”dakı polemika mənə uşaqlıq oyununu xatırladır- parlament əksəriyyətinin üzvü Beka Odişaria jurnalistlərə bu haqda açıqlayıb.
Onun sözlərinə görə, bu, artıq polemika deyil, komediya janrlı tamaşadır.
“Milli Hərəkat”dakı polemika mənə uşaqlıq oyununu xatırladır – iki nəfərlik? – Bəs nə qədər? – dörd. Artıq dördü saymışam. Məsələn, bir nəfər tərəfdarlarını qorumaq üçün Tsalencixaya səyahətə çıxdı; Melianın düşərgəsi ayrı düşdü, Xabeişvili, məncə, oriyentasını tam çaşıb, kimlə, nə ilə mübarizə aparır və o boyda ofisdə tək qalıb. Bu, artıq qarşıdurma deyil, komediya janrlı tamaşadır”- Beka Odişaria bildirib.