Beka Odişariya, Eliso Bolkvadze və İrakli Zarkua Latviya Seymində görüşlər keçirirlər
Beka Odişariya, Eliso Bolkvadze və İrakli Zarkua Latviya Seymində görüşlər keçirirlər

Latviya Respublikası Seymi ilə dostluq qrupunun rəhbəri, Diaspor və Qafqaz Komitəsinin sədri Beka Odişariya, Mədəniyyət Komitəsinin sədri Eliso Bolkvadze və bölgə siyasət və özünüidarəetmə  komitəsi sədrinin birinci müavini İrakli Zarkua Latviyaya səfəri çərçivəsində Latviya Seyminin Gürcüstan Parlamenti ilə dostluq qrupunun sədri Aynars Latkovskis, sədr müavini Uldi Budrik və dostluq qrupunun üzvü Raymond Berqmanis ilə görüşdülər. Bu barədə məlumatı Parlamenti mətbuat xidməti yayır.

İdarənin məlumatına görə, görüşdə Gürcüstanın NATO və Avropa İttifaqına inteqrasiyası müzakirə olundu. Tərəflər Gürcüstan Parlamenti ilə Latviya Seymi arasında əməkdaşlığın dərinləşdirilməsindən danışdılar.

Görüşdən sonra Aynars Latkovskis öz “tvitter” səhifəsində gürcü həmkarları ilə görüşünə belə əks səda verir: “Gürcüstan Parlamenti ilə əməkdaşlıq etmək məqsədilə bu gün rəhbərlik etdiyim bir qrup deputat gürcü millət vəkilləri və Gürcüstan-Latviya dostluq qrupunun rəhbəri, Beka Odişaria ilə görüşdü. Biz Gürcüstanın NATO və Avropa İttifaqına doğru irəliləyişini müzakirə etdik. Vurğuladıq ki, Latviya Respublikası Gürcüstanın hər iki təşkilata üzv qəbul olunmasını dəstəkləyir”.