Beka Odişaria Abxaziya Muxtar Respublikası hökumətinin nümayəndələri ilə görüşüb
Beka Odişaria Abxaziya Muxtar Respublikası hökumətinin nümayəndələri ilə görüşüb

Diaspor və Qafqaz məsələləri üzrə komitənin sədri Beka Odişaria Abxaziya Muxtar Respublikasının Məcburi Köçkünlər naziri Davit Patsia və Abxaziya Muxtar Respublikası hökumətinin nümayəndələri ilə görüşüb.

Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Parlament və İsrail Dostluq Qrupu, Diaspor və Qafqaz işləri komitəsi və Abxaziya hökumətinin iştirakı ilə oktyabırın ikinci yarısına planlaşdırılan beynəlxalq konfransdan danışılıb.

Onların məlumatlarına görə, konfransda kitabının təqdimatı planlaşdırılan tanınmış publisist və alim Yakob Opiri Epremaşvili də iştirak edib.

“Parlamentdə çox mühüm nümayəndə heyəti, o cümlədən Suxumidə doğulub boya-başa çatan gürcü yəhudisi, gürcülərlə abxazlar arasında işğalçı Rusiyadan ruhlanan  münaqişənin həlli və aradan qaldırılması istiqamətində fəal işləyən tanınmış ictimai xadim, publisist, alim Yakob Opiri Epremaşvili bizə baş çəkdi.   Biz onun çox uzun müddət “gizli” damğası vurulmuş nadir arxiv materiallarını özündə əks etdirən “Arxiv materiallarına görə Gürcüstan yəhudilərinin tarixi” əsəri ilə tanış olduq. Kitabda oxucu bir çox mühüm faktları və hadisələri oxuyacaq”- görüşdən sonra Beka Odişaria bildirib.