Diaspor və Qafqaz Komitəsinin sədri, Mtatsminda-Krtsanisi dairəsinin deputatı Beka Odişaria Krtsanisi rayonunun 65 nömrəli dövlət məktəbinin şagird və müəllimləri ilə görüşüb.
Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, iclasda müzakirələrdə Krtsanisi küçəsindəki basketbol meydançasının abadlaşdırılması məsələsinə toxunulub. Əksəriyyəti təmsil edən deputat problemin həllində gənclərə köməklik edəcəyinə söz verib.
İclasda qeyd olunduğu kimi, şagirdlərin müraciəti nəzərə alınacaq və müvafiq ərazidə əsaslı təmir olunmuş idman meydançası təşkil olunacaq.