Beka Odişaria - Salome xanım "Milli Hərəkat"a qisas almaq üçün münbit, eyni zamanda gizli zəmin yaratmağa çalışır, onların kölgə kabineti divlər korporasiyadır
Beka Odişaria - Salome xanım "Milli Hərəkat"a qisas almaq üçün münbit, eyni zamanda gizli zəmin yaratmağa çalışır, onların kölgə kabineti divlər korporasiyadır

 
“Milli Hərəkat”la koalisiya hökuməti mümkün deyil. 60% reytinqimiz var ikən “Milli Hərəkat” nəyimizə lazımdır və ya bu insanların “Milli Hərəkat”la sıx əlaqə və əməkdaşlıq yoluyla özlərini dəfn etdikləri kimi özümüzü niyə birdəfəlik dəfn etməliyik?-bu haqda “Gürcü Arzusu”nun üzvü Beka Odişaria açıqlayıb.

O bildirib ki, “Milli Hərəkat” qisas almaq istəyi ilə yanıb tutuşur.

“Təəssüf ki, Salome xanım “Milli Hərəkat”a qisas almaq üçün münbit, eyni zamanda gizli zəmin yaratmağa çalışır, onların kölgə kabineti divlər korporasiyadır. İntiqam istəyi ilə yanıb tutuşan hər kəs intiqamın onun üçün daha asan olacağı mövqeni seçir. Kimin namizədliyini irəli sürəcəyini, hansı koalisiyaların qurulacağını, hansı partiyaların birləşəcəyini bilmirəm. “Xalqın Gücü” ilə, təbii ki, təsəvvür edirik, onlar açıq-aydın bizim tərəfdaşlarımızdır. Normal müxalifət partiyaları daxil ola bilər”-Beka Odişaria açıqlayıb .