Beka Odişaria Kuba Respublikasının səfiri ilə görüşüb
Beka Odişaria Kuba Respublikasının səfiri ilə görüşüb

Diaspora və Qafqaz Məsələsi Komitəsinin sədri, Kuba Respublikası Parlamenti ilə dostluq qrupunun rəhbəri Beka Odişaria Kuba Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes De La Konsepsion ilə görüşüb.

Beka Odişaria səfiri Diaspor və Qafqaz Məsələsi Komitəsinin işinin əsas istiqamətləri ilə tanış edib. Səfir öz növbəsində Kuba Respublikasının diplomatik missiyasının fəaliyyətindən danışıb.

Beka Odişarianın sözlərinə görə, iki ölkənin parlamentlərarası əməkdaşlığının daha da dərinləşdirilməsi arzuolunandır ki, bu da dostluq qruplarının fəaliyyətindən asılıdır. Həmçinin iqtisadiyyat, mədəniyyət və turizm sahələrində əlaqələri inkişaf etdirmək lazımdır.

Tərəflər əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayıb.