Beka Odişaria - səmimi dialoq olarsa, tezliklə ABŞ-ın əvvəlki səfirinin dövründə mövcud olan çatışmazlıqlar aradan qaldırılacaq
Mən çox şadam ki, Amerikanın diplomatı var və əminəm ki, səmimi dialoq olsa və obyektiv şəraitə əsaslansa, əvvəlki səfirin dövründə mövcud olan çatışmazlıqlar çox tezliklə aradan qaldırılacaq – bu barədə Gürcüstan parlamentinin Diaspora Komitəsinin sədri Beka Odişaria bildirib.
Beka Odişariyanın qeyd etdiyi kimi, “Gürcü Arzusu” heç bir halda Amerika səfiri ilə qarşıdurma niyyətində deyil.
“Ümid edirəm ki, Amerikanın yeni səfiri gürcü və amerikalıların qarşıdurmasına yol verməyəcək. “Gürcü Arzusu” heç bir halda Amerika səfiri ilə qarşıdurma fikrində deyil. Biz bütün diplomatları ürəkdən və canla qarşılayırıq. Xüsusilə, bizim strateji tərəfdaşımız olan Amerika Birləşmiş Ştatlarının səfirini. Mən çox şadam ki, Amerikanın diplomatı var və əminəm ki, səmimi dialoq olsa və obyektiv şəraitə əsaslansa, əvvəlki səfirin dövründə mövcud olan çatışmazlıqlar çox tezliklə aradan qaldırılacaq”- Beka Odişaria bildirib.