Beka Mindiyaşvili - Qafqaz Evi Azadlıq İnstitutu ilə birlikdə mükafatlandırıldı, Naira Gelaşvili mükafatı elə həmin vaxt geri qaytrarsa idi, daha məntiqi olardı
Beka Mindiyaşvili - Qafqaz Evi Azadlıq İnstitutu ilə birlikdə mükafatlandırıldı, Naira Gelaşvili mükafatı elə həmin vaxt geri qaytrarsa idi, daha məntiqi olardı

Xalq Müdafiəçisi yanında mövcud olan dinlər şurası qərarları ombudsmendən müstəqil şəkildə qəbul edir, – bu haqqda şuranın sədri, Beka Mindiyaşvili bəyan etdi.

Onun açıqlamasına görə, mükafatın verilməsi haqqında qərarı, şuraya daxil olan 32-ə qədər dini birləşmə qəbul edir. Meyar isə, dini azadlığın müdafiəsi və tədbiqinə daxil edilən töfhələrdir.

“Bu il Tamuna Samnidze və Qiqa Bokeriaya arasında səslər bərabər bölündü və şura qərara gəldi ki, hər ikisini mükafatlandırsın”, – Mindiyaşvili deyir.

 

Onun açıqlamasına görə, iclasda 22 dini birləşmənin nümayəndəsi iştirak edirdi. Samnidze və Bokeriya 8-8 səs topladı. Mindiyaşvili hər iki namizədin mükafatlandırılmasını ədalətli hesab edir.

Naira Gelaşvilinin qərarına gəldikdə isə, Beka Mindiyaşvilinin fikirincə, daha məntiqi olardı ki, Gelaşvili mükafatı elə 2010-ci ildə geri qaytara idi.

“2010-cu ildə Qafqaz Evi bu mükafatı Azadlıq İnstitutu ilə birlikdə aldı. Müvafiq olaraq, daha məntiqi olardı ki, Gelaşvili mükafatı həmin vaxtı geri qaytara idi”, – Mindiyaşvili bəyan edir.

Xatırladaq ki, yazıçı Naira Gelaşvili Xalq Müdafiəçisinə “Tolerantlığın dəstəkçisi” mükafatını geri qaytardı.