Beka Liluaşvili - Melia siyasi platformaların formalaşmasından danışmamalı, 20 iyun hadisələri ilə bağlı Strasburq məhkəməsinin müəyyən etdiyinə görə həbsxanada oturmalıdır
Beka Liluaşvili - Melia siyasi platformaların formalaşmasından danışmamalı, 20 iyun hadisələri ilə bağlı Strasburq məhkəməsinin müəyyən etdiyinə görə həbsxanada oturmalıdır

 
Nika Melia siyasi platformaların formalaşmasından danışmamalı, 20 iyun hadisələri ilə bağlı Strasburq məhkəməsinin müəyyən etdiyinə görə həbsxanada oturmalıdır-bu barədə “Gürcüstan Naminə” partiyasının üzvü Beka Liluaşvili danışıb.

Onun təbirincə, “Gürcü Arzusu” amnistiyanı qəbul etməklə Melia üçün toxunulmazlıq yaradıb, “Gürcüstan Naminə” partiyası isə buna qarşı çıxır.

“Melia haqqında bir şey deyə bilərəm, o, bu gün parçalanmadan, siyasi platformaların formalaşmasından danışmamalı, nə biz, nə də başqası deyil, Strasburqun insan haqları məhkəməsinin 20 iyun hadisələri ilə bağlı müəyyən etdiyinə görə həbsxanada oturmalıdır. “Milli Hərəkat”ın dövlətə ziyan vurmaq məqsədi daşıyan bu əməllərindən sonra “Gürcü Arzusu” daha zərərli əməl həyata keçirdi, Meliaya siyasi toxunulmazlıq hədiyyə etdi, amnistiya qəbul etməklə imunitet yaratdı, buna biz onda da, bu gün də qarşı çıxırıq və gələcəkdə də qarşı çıxacağıq” – Liluaşvili bildirib.