Beka Liluaşvili - Mamuka Xazaradze yeni simalar haqqında bəyanatla çıxış edir və Salome Samadaşvili, Pikria Çixradze, Davit Usupaşvilini siyasi şuraya daxil edir
Bir tərəfdən yeni simalar haqda açıqlama vermək, ikinci tərəfdən isə ən köhnə simaları siyasi şuraya daxil etmək bir-birinə uyğun gəlmir -bu barədə “Gürcüstan Naminə” partiyasının üzvü Beka Liluaşvili açıqlayıb.
Liluaşvili “Lelo”nun lideri Mamuka Xazaradzenin bəyanatına belə münasibət bildirib: “Yaxın keçmişdə insan hüquqlarını pozan siyasətçilər hakimiyyətə buraxıla bilməz. Kimdən danışdığımızı başa düşürsünüz, iki köhnə partiya bitməlidir, alternativ bizik”.
Beka Liluaşvili bildirib ki, “Lelo”nun bəyanatı populistdir.
“Mamuka Xazaradze bu bəyanatla çıxış edib və Salome Samadaşvili, Pikria Çixradze, Davit Usupaşvilini siyasi şuraya daxil edib. Şəxsən mənim heç kimə etirazım yoxdur, lakin bir tərəfdən yeni simalar haqda açıqlama vermək, ikinci tərəfdən isə ən köhnə simaları siyasi şuraya daxil etmək bir-birinə uyğun gəlmir. Hərçənd, “Lelo”nun yanaşmasını başa düşürəm. Bu bəyanat populist kimi səslənib və ümid edirəm ki, onlar bunu düzəldəcəklər”-deyə Beka Liluaşvili açıqlayıb.