Sankt-Peterburqda keçirilən dzyudo üzrə Dünya Mastersi, 90 kiloqram çəki kateqoriyasında, Beka Ğviniaşvilinin qələbəsi ilə başa çatdı.
Gürcü dzyudoçusu, bir neçə dəqiqə bunda əvvəl, final görüşündə Cənubi Koreyalı Donqven Qvakini məğlubiyyətə uğradaraq qızıl medala sahib oldu.
Beka Ğviniaşviliyə qalib gəlmək üçün yalnız iki dəqiqə lazım gəldi.
Cari turnirdə bu Gürcüstanın üçüncü medalıdır. Vaja Marqvelaşvilinin bürünc və Laşa Şavdatuaşvilinin gümüş medalına, Beka Ğviniaşvilinin qızıl medalı əlavə oldu.