Beka Dzamaşvili Azərbaycanın ədliyyə nazirinin müavini Mirsaleh Seyidovla görüşüb
Ədliyyə nazirinin müavini Beka Dzamaşvili Azərbaycanın ədliyyə nazirinin müavini Mirsaleh Seyidovla görüşüb.
Görüş Tbilisidə Ədliyyə Nazirliyi və Xüsusi Penitensiar Xidmətin birgə təşkilatçılığı ilə keçirilən yüksək səviyyəli beynəlxalq konfrans çərçivəsində baş tutub.
Gürcüstan tərəfi penitensiar sistemdə həyata keçirilən innovativ layihələr xüsusilə, məhkumlara Ədliyyə Evinin vətəndaşlara təklif etdiyi bütün xidmətlərdən yararlanmaq imkanı verən cəzaçəkmə müəssisələrindəki Ədliyyə Evləri; Lektorlarla birbaşa ünsiyyət ilə tədrisin onlayn rejimdə aparıldığı “Rəqəmsal Universitet”; Probasiya nəzarətində olan məhkumların probasiya bürolarına getmədən qeydiyyatdan keçə və xidmətlərdən yararlandığı “Probbox”; Məhkumların əl işlərinin satıldığı və gəlir əldə etdiyi “Re-Market” internet mağazası barədə məlumatı Azərbaycanla bölüşüb.
Azərbaycanlı həmkarı ilə görüşdə gürcü tərəfi penitensiar müəssisələrdə insan hüquqlarının müdafiəsinin yüksək səviyyəsini və məhkumların reabilitasiyası üzrə həyata keçirilən proqramları, kiçik ölçülü həbsxanaların tikintisini xüsusilə vurğulayıb; İlk belə müəssisə yaxın gələcəkdə Daba Laituridə açılacaq; Rustavidə artıq kiçik ölçülü həbsxananın tikintisi gedir. Kiçik ölçülü penitensiar müəssisələr sistemin səmərəli idarə olunması və məhkumlarla fərdi yanaşma və proqramların səmərəli həyata keçirilməsi imkanlarını artırır; Bundan əlavə, risklərin idarə edilməsinə və məhkumların tələblərinə daha çox diqqət yetiriləcək.
Ədliyyə nazirinin müavini azərbaycanlı həmkarı ilə söhbətində onu da qeyd edib ki, konfransın sonuncu günü, noyabrın 3-də Penitensiar Xidmət əməkdaşlarının davamlı təlim keçməsi məqsədilə Ədliyyə Tədris Mərkəzinin Saakadze adına təlim-tədris bazasının açılışı olacaq.
Görüşün sonunda tərəflər penitensiar sistemdə reabilitasiya-resosiallaşdırma layihələrinin həyata keçirilməsi baxımından təcrübə mübadiləsinin və gələcək əməkdaşlığın olduqca vacib olduğunu və Tbilisidə keçirilən üç günlük yüksək səviyyəli beynəlxalq konfransın buna böyük kömək edəcəyini qeyd ediblər.
Məlumatı Gürcüstanın Ədliyyə Nazirliyi yayır.