Beka Basilaia - ümid edirik ki, Dövlət Müfəttişinin istintaqı ardıcıl olacaq və Mixeil Saakaşvilinin işgəncəsi ilə bağlı yekun nəticə ortaya qoyacaq
Ümid edirik ki, Dövlət Müfəttişinin istintaqı ardıcıl olacaq və Mixeil Saakaşvilinin işgəncəsi ilə bağlı yekun nəticə ortaya qoyacaq -bu barədə sabiq prezident Mixeil Saakaşvilinin vəkili Beka Basilaia bildirib.
Vəkil dövlət müfəttişinin, Gürcüstanın Ədliyyə Nazirliyi və Xüsusi Penitensiar Xidmət “Fərdi məlumatların mühafizəsi haqqında” Gürcüstan Qanununun 44-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın bir neçə epizoduna görə inzibati məsuliyyətə cəlb etməsi ilə bağlı qərarına dair şərh verib.
“Dövlət Müfəttişliyi Xidməti tərəfindən varılmış nəticə çox vacibdir; Ümid edirik ki, daha sonra Mixeil Saakaşviliyə işgəncə verilməsi ilə bağlı həmçinin Dövlət Müfəttişinin apardığı mövcud istintaqla bağlı da obyektiv nəticələri olacaq.
Bu nəticə, təbii ki, Gürcüstan hökuməti, Penitensiar Xidmət və Ədliyyə Nazirliyi tərəfindən Saakaşvilinin hüquqlarının kobud şəkildə pozulmasını təsdiqləyir və Mixeil Saakaşvilinin məcburi şəkildə aldadılaraq başqa müəssisəyə köçürülməsi və daha sonra Qldaninin 18 saylı müəssisəsində inkişaf edən hadisələrdə hüquqların pozulmasının intensiv formasına və cinayət hərəkətlərinə şahid olduq. Biz vəkillər bunu işgəncə kimi qiymətləndiririk.
Bu gün yayılan nəticə bizə ümidli olmağa əsas verir ki, Dövlət Müfəttişinin istintaqı bu hissədə ardıcıl olacaq və o, Mixeil Saakaşviliyə işgəncə verilməsi ilə bağlı nəticə ortaya qoyacaq. Təbii ki, bu nəticə həm ölkə daxilində, həm də beynəlxalq instansiyalarda bizim arqumentimizi dəlillərlə əsaslandırmaq üçün vacib olacaq”, – deyə Beka Basilaia bildirib.