Beka Basilaia -Akaki Kobaladze və Akaki Xuskivadzenin girov qarşılığında azadlığa buraxılması qərarından dolayı yaxşı mənada təəccüblüyük
Beka Basilaia -Akaki Kobaladze və Akaki Xuskivadzenin girov qarşılığında azadlığa buraxılması qərarından dolayı yaxşı mənada təəccüblüyük

 

 Akaki Kobaladze və Akaki Xuskivadzenin girov qarşılığında azadlığa buraxılması qərarından dolayı yaxşı mənada təəccüblüyük- bu barədə İsani Dairə Seçki Komissiyasının sədri, Tedo Qobecişvilinin vəfatı işi ilə əlaqədar ittiham olunan şəxslərin vəkili. Beka Basilaia jurnalistlərə danışarkən bildirib.

“Akaki Kobaladze və Akaki Xuskivadze təbliğat əsirləri idilər. Nəticə olaraq, siyasi təqibin ən ağır  formasının, yəni onların həbsdə qalmalarının sonlandırılacağını gözləmirdik. Belə ki, İrakli Kobaxidzenin açıqlamalarından dolayı bu qərardan yaxşı mənada təəccüblüyük.  Bu alternativi olmayan  qərar idi.  Digər siyasi məhbuslarla bağlı da oxşar qərarların verilməsini arzulayardım. Bugünkü qərar siyasi təqibə  son qoyulması baxımından sabahkı və birisigünkü qərarların ilki olmalıdır. Hakim Ketevan Jachvadzenin qərarı həqiqətən heyrətamizdir ” -deyə Beka Basilaia bildirib.

İsani Dairə Seçki Komissiyasının sədri, Tedo Qobecişvilinin vəfatı işi ilə əlaqədar ittiham olunan Akaki Xuskivadze və Akaki Kobaladze hakim Ketevan Jachvadzenin qərarı ilə girov qarşılığında azadlığa buraxıldılar.

Xuskivadze və Kobaladze qrup şəklində məcburetmə və rüşvət verməkdə, eləcə də qanuna zidd şəkildə döyüş vasitələrini əldə etmə və saxlamaqda ittiham olunurdular. 

İsani Dairə Seçki Komissiyasının sədri Tedo Qobecişvili noyabrın 7-də dünyasını dəyişib.