BBC - Zina üçün sərt cəza qanunlarını hazırlayan şəxs zina suçu ilə qamçılandı
İndoneziyada zina üçün ağır cəza tədbirlərinin tərəfdarı olan və sərt qanunların hazırlanmasında iştirak edən kişinin özü zina üçün qamçılandı.
Muhlis Bin Muhammed evli qadınla cinsi əlaqəyə girməklə ittiham edildi və ona 28 qamçı vuruldu.
Qamçılanan kişi İndoneziyanın Açe regionundandır, harda İslamın Şəriət qanunları praktikada tətbiq olunur.
Muhlis Bin Muhammed regionun “Ulema” şurasından da qovuldu.
“Bu Allahın qanunudur. Zina etdiyinin təsdiqləndiyi halda, “Ulemanın” üzvü belə olsa, hər kəs qamçılanmalıdır” – deyib BBC-yə Açe əyalətinin mer müavini Husain Vahabi.
Qeyd edək ki, İndoneziyanın Açe əyalətində şəriətin qaydaları 2005-ci ildən qüvvəyə mindi.
Regionda həmçinin, alkohollu içki və azarkeş oyunlar da qadağan edilib.