BBC - Rusiya bəyan edir ki, Gürcüstan təhlükəsiz yer deyil, Gürcüstanda olan rus turistləri isə, tam tərsini deyirlər
Rusiya bəyan edir ki, Gürcüstan təhlükəsiz yer deyil, Gürcüstanda olan rus turistləri isə, tam tərsini deyirlər, – belə başlıqla BBC məqalə yayır və rus medyasında yayılan çağırışlara müraciət edir.
“Hökümət xəbərdarlıq edir ki, Gürcüstanda sizin təhlükəsizliyinizi kimsə təmin edə bilməyəcək. Öz ləyaqətinizi Tbilisiyə gedib, orada bir şişə şəraba dəyişmək olmaz” – BBC “Rossiya -1” kanalının aparıcısı Olqa Skobeeyevanın sözlərini sitat gətirir.
Məqalədə qeyd olunur ki, rus jurnalisti daha “irəli getdi” və “Gürcüstanda rusları öldürürlər” – dedi.
BBC qeyd edir ki, Rusiya prezidentinin, Gürcüstana aviareyslərin qadağan edilməsi ilə bağlı reaksiyası və gürcü şərabının idxalına qoyulan məhdudiyyət “çox təcili oldu”.
Ancaq, BBC qeyd edir ki, Gürcüstanda olan rus turistlər tam tərsini deyirlər.
Məqalənin müəllifi bəyan edir ki, onunla söhbət zamanı heç bir rus turisti Gürcüstandan narazılığını bildirməyib.
“Biz Putinin tövsiyyələrini dinləmirik, öz fikrimiz var. Buraya gələnə qədər dostlarımızla məsləhətləşdik və onlar buranın tamamilə təhlükəsiz olduğunu bildirdilər” – məqalədə Şarden küçəsindən rus turistinin sözləri sitat gətirilir.
BBC öz oxuyucularına Facebookda başlayan #spendyoursummeringeorgia kampaniyası haqqında da söz edir, harda Gürcüstan müxtəlif ölkələrdən dəstək mesajları alır.