BBC-nin məlumatına görə, Türkiyədə “Vikipedia” bərpa olundu.
Böyük Britaniyanın İctimai Yayımçısının məlumatına görə, beynəlxalq internet-ensiklopediyaya daxil olmaq Türkiyədə üç il ərzində mümkün olmurdu, ancaq ölkənin Konstitusiya Məhkəməsinin qərarı ilə, veb-səhifəyə giriş məhdudiyyəti ifadə azadlığına zidd hesab edildi və səhifənin qadağanı ləğv olundu.
BBC-nin məlumatına görə, internet-ensiklopediyaya giriş Türkiyədə mərhələ şəklində bərpa olunacaq.
Xatırladaq ki, “Vikipediya” Türkiyədə, 2017-ci ilin aprel ayında, Türkiyə iqtidarı haqqında tənqidli məqalə yaydıqdan sonra bloklandı.
Qeyd olunan qadağan 991 gün davam etdi.
“Vikipedia” müxtəlif ölkələrdə iqtidarlar tərəfindən tez-tez bloklanır.
Məsələn, “Vikipedia” bu vaxta qədər Çində blokdadır.