BBC - Emanuel Makron müsəlmanlara 15 günlük ultimatum verdi və "Respublika dəyərləri xartiyasını" qəbul etmələrini tələb etdi
BBC - Emanuel Makron müsəlmanlara 15 günlük ultimatum verdi və "Respublika dəyərləri xartiyasını" qəbul etmələrini tələb etdi

Fransa prezidenti Emanuel Makron müsəlmanlara 15 günlük ultimatum verdi və “Respublika dəyərləri xartiyasını” qəbul etmələrini tələb etdi.

Bu haqda məlumatı BBC yayır.

Emanuel Makron müsəlman din xadimləri ilə görüşdü və onlardan “Respublika dəyərləri xartiyasını” qəbul etmələrini tələb etdi.

Makronun dediyinə görə, xartiyanın qəbulu radikal islama qarşı istiqamətləndirilən geniş strategiyanın bir hissəsidir.

BBC-nin məlumatına görə, Fransanın lideri müsəlman şurasının üzvlərinə 15 günlük ultimatum verdi.

Xartiyada deyilir ki, islam bir siyasi hərəkat deyil, – dindir və müsəlman qruplarının “xaricdən idarə edilməsi” qadağan ediləcək.

Fransa prezidenti radikal islama qarşı tədbirlərin görülməsi ilə bağlı qərarı Fransada son bir ay ərzində baş verən teror aktlarından sonra verdi.

Makronun dediyinə görə, Fransa iqtidarı “islam separatçılığına qarşı sərt tədbirlər görəcək. Bu tədbirlər vətəndaş radikalizasiyasının qarşısının alınması üçün qanunlayihənin qəbulunu nəzərdə tutur.

Layihəyə əsasən, uşaqlar artıq evdə təhsil almayacaqlar, çünki bu qanunla qadağan ediləcək, qanunu pozanlara isə, pul cəriməsi yazılacaq.

Fransanın nazirlər kabineti layihəyi dekabrın 9-da müzakirə edəcək.