BBC - Almaniyada ət işlədilən müəssisədə 650 nəfərdə koronavirus aşkarlandı
Almaniyada ət işlədilən müəssisədə 650 nəfərdə koronavirus aşkarlandı.
Bu haqda məlumatı BBC yayır.
Hadisə Gütersloş şəhərində baş verib.
BBC-nin yaydığı məlumata görə, ət müəssisəsində iş prosesi bir neçə gündür dayandırılıb.
Müəssisənin 1000 əməkdaşı artıq koronavirus testindən keçib. Minlərlə insan isə, test keçmək üçün növbəsini gözləyir.
Müəssisənin rəhbərliyi bütün əməkdaşları öz təcriddə qalmaları üçün müraciət etdi.
Baş verən hadisə ilə bağlı şəhərdə məktəblər və uşaq bağçalarında təhsil bu ayın sonuna qədər dayandırıldı.
Koronavirus epidemiyasının başladığı gündən Almaniyada 9000 nəfər həlak olub.