“BBC” – ABŞ Hərbi Hava Qüvvələrinin də istifadə etdiyi Britaniya Kral Hərbi Hava Qüvvələrinin bazası yaxınlığında fövqəladə vəziyyət elan edilib, əhali təxliyə edilib

14:16, 27.09.2026

ABŞ Hərbi Hava Qüvvələrinin də istifadə etdiyi Britaniya Kral Hərbi Hava Qüvvələrinin bazası yaxınlığında fövqəladə vəziyyət elan edilib, əhali təxliyə edilib, – “BBC” məlumat yayır.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayıcı maddələr haqqında qanunun mümkün pozulması şübhəsi ilə bir neçə kişi saxlanılıb. Britaniya ordusunun minalardan təmizləmə üzrə ixtisaslaşmış qrupu hazırda bir neçə avtomobili yoxlayır. Polisin məlumatına görə, ərazidə təhlükəsizlik perimetri qurulub. Hüquq-mühafizə orqanlarının əməkdaşları vəziyyətin nəzarət altında olduğunu hesab edirlər.

Hadisə yerinə fövqəladə hallar xidmətinin əməkdaşları, o cümlədən təhlükəli zonada operativ cavab tədbirləri üzrə xüsusi qrup səfərbər olunub.

Qlosterşir polisinin məlumatına görə, RAF Feyrford  bazası yaxınlığında yerləşən Uelford kəndinin sakinləri müvəqqəti istirahət mərkəzinə yerləşdirilib. Hadisə yerində istintaq hərəkətləri davam edir.

Məlumat üçün bildirək ki, İranla münaqişə başladıqdan sonra ABŞ RAF Feyrford aviabazasından bombardmançı təyyarələrini yerləşdirmək üçün istifadə edir.

Oxşar