BBC- ABŞ-ın Florida ştatında məktəbdə baş verən atışma nəticəsində 17 nəfər həlak oldu
BBC- ABŞ-ın Florida ştatında məktəbdə baş verən atışma nəticəsində 17 nəfər həlak oldu

Amerika Birləşmiş Ştatlarında, Florida Parkland məktəbində çıxan atışma nəticəsində 17 nəfər həlak oldu.

Bu barədə məlumatı BBC, yerli polisin verdiyi məlumata əsasən yayır.

Hüquqmühafizəçilər məktəbə hücum etməkdə şübhəli olan Parkland məktəbinin 19 yaşlı sabiq şagirdi Nikolas Kruzu həbs etdilər. Nikolas Kruz qeyd olunan məktəbdən çıxardılmışdı.

BBC-nin yaydığı məlumata görə, Nikolas Kruz təhlükə siqnalını qurdu və məktəbdə xaos yaratdı.

CNN-in yaydığı məlumata görə isə, məktəbdə silahlı atışma nəticəsində 20 nəfər yaralandı.