BBG Watch - Dövlət Departamenti və Ağ Ev, "Azadlıq" radiosunun gürcü xidmətinə həmrəylik bildirən jurnalistləri dinləməlidir
“Yüksək nüfuzlu jurnalist, David Kakabadze “Azadlıq” radiosu rəhbərliyi tərəfindən azad olunubdur”, – bu başlıqlı məktubu BBG Watch təşkilatı dərc etdirir.
Məktubda deyilir ki, “Azadlıq” radiosunun baş menecmenti təşkilatın ən nüfuzlu jurnalistlərdən birini, direktor David Kakabadzeni vəzifəsindən azad etdi. O, yanvarın 30-a qədər “Azadlıq” radiosunun gürcü xidmətinin direktoru idi.
“Göründüyü kimi, Azad Avropa radiosu/Azadlıq radiosunun rəhbərliyinin təşkilatın bir çox qadın jurnalisti ilə münaqişəsi var. Bir çox mükafatı olan iki qadın etiraz əlaməti olaraq vəzifələrini tərk etdilər və feysbukda tənqidi postlar yazırlar”, – məqalədə deyilir.
Bundan başqa BBG Watch yazır ki, “Azadlıq” radiosunun gürcü xidmətinin rəhbəri, Marina Vaşağmadze də etiraz əlaməti olaraq vəzifəsini tərk etdi. Məktubun müəllifi qeyd edir ki, “Azadlıq” radiosu ətrafında baş verən skandalı gürcü mətbuatı fəal olaraq işıqlandırır.
BBG Watch-un qeyd etdiyinə görə, David Kakabadzeyə həmrəyliyini “Azadlıq” radiosunun bir neçə keçmiş jurnalisti bəyan etdi.
“BBG şurası, Dövlət Departamenti və Ağ Ev, bu jurnalistləri dinləməlidir. Onlarıən pis rəhbərliyiniə qarşı səs çıxarmaları dəyərləndirilməlidir. Onların şikayətlərinə Dövlət Departamentində, Konqresdə və Ağ Evdə diqqət yetirilməlidir”, – BBG Watch-un məktubunda deyilir.