BBC - Vladimir Putin Ukraynaya qarşı Rusiyanın tələbləri ilə Rəcəb Tayyib Ərdoğanı tanış etdi
Rusiya prezidenti, Vladimir Putin Ukraynaya qarşı Rusiyanın tələbləri ilə Türkiyə prezidenti, Rəcəb Tayyib Ərdoğanı tanış etdi. Məlumatı BBC yayır.
Tələblər iki kateqoriyaya bölünür: birincisi – Ukrayna tərəfindən neytral statusun elan edilməsi; Ukrayna artıq NATO-ya üzvlük üçün ərizə yazmayacaq; Həmçinin, Rusiyaya təhlükə yaratmaması üçün tərksilah prosesindən keçsin; Ukraynada rus dilinin mühafizəsi və denasifikasiya məsələsi.
İkinci hissə, hər hansı bir razılaşma əldə edilməmişdən əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ilə üzbəüz danışıqlardır. Yayılan məlumatlara görə, məsələlər Donbass və Krımın statusu ilə bağlı olacaq.
Türkiyə və Rusiya prezidentləri arasında telefon söhbəti Ccümə axşamı oldu. BBC-nin məlumatına görə, söhbəti Ərdoğanın mətbuat katibi, İbrahim Kalın da dinləydi və məlumatı BBC ilə bölüşdü.