"BBC" - Polşa NATO-nun fövqəladə sammitində Ukraynaya sülhməramlı missiyanın göndərilməsi məsələsini qaldırmağı planlaşdırır
"BBC" - Polşa NATO-nun fövqəladə sammitində Ukraynaya sülhməramlı missiyanın göndərilməsi məsələsini qaldırmağı planlaşdırır

 

Polşa NATO-nun fövqəladə sammitində Ukraynaya sülhməramlı missiyanın göndərilməsi məsələsini qaldırmaq niyyətindədir. Bu barədə “BBC” məlumat yayır.

Mətbuatın yazdığına görə, NATO-nun fövqəladə sammiti martın 24-də Brüsseldə, üzv ölkələrin liderlərinin iştirakı ilə keçiriləcək və görüşdə Polşa prezidenti Anjey Duda təşəbbüs barədə danışacaq.

“BBC”-nin məlumatına görə, belə bir missiyanın hazır vəziyyətə gətirilməsinə bir neçə həftə və ya ay lazımdır. Yayılmış məlumatlara görə, Danimarka da artıq sülhməramlı missiyada iştirak etməyə hazır olduğunu bildirib.