Kabil Hava Limanı terror hücumu təhlükəsi ilə üz -üzədir. Məlumatı “BBC” yayıb.
Terror hücumu riski yüksək olduğu üçün Avstraliya, ABŞ və İngiltərə vətəndaşlarına Kabil hava limanına gəlməkdən çəkinməyə xəbərdarlıq edir, hava limanına yaxın olanları isə dərhal ətraf bölgəni tərk etmələri tələb olunur. Hava limanında kim tərəfindən və hansı terror aktının planlaşdırıldığı barədə hələlik heç bir məlumat verilməyib.
Kabil hava limanından təxliyə prosesi avqustun 14 -dən davam edir. İndiyə qədər 82 mindən çox insanın təxliyə edildiyi bildirilir. Hava limanının içərisində və xaricində ölkəni tərk etməyi gözləyən minlərlə insan var. Evakuasiya üçün son tarix avqustun 31 -dir.
ABŞ dövlət katibinin sözlərinə görə, “Taliban” təxliyə prosesinin uzadılmasının əleyhinədir, lakin onlar ölkəni tərk etmək istəyən əfqanların və xaricilərin qarşısını almayacaqlarını söyləyirlər.