"BBC" - Donald Tramp hücumdan sonra ilk dəfə açıq məkanda tərəfdarları ilə görüşdü, podiumun yaxınlığında gülləkeçirməz şüşə quraşdırıldı
"BBC" - Donald Tramp hücumdan sonra ilk dəfə açıq məkanda tərəfdarları ilə görüşdü, podiumun yaxınlığında gülləkeçirməz şüşə quraşdırıldı

Donald Tramp hücumdan sonra ilk dəfə açıq məkanda tərəfdarları ilə görüşüb. Bu barədə “BBC” yazır.

Trampın təhlükəsizliyi üçün podiumun yaxınlığında gülləkeçirməz şüşələr quraşdırılıb, yaxınlıqdakı binaların damlarında snayperlər olub.

Şimali Karolinada tərəfdarları ilə keçirilən mitinqdə Tramp Bayden administrasiyasını iş statistikasını manipulyasiya etməkdə günahlandıraraq, Bayden administrasiyasının “mövcud olmayan 818 min işi” əlavə etdiyini qeyd edib.

“Harris-Bayden administrasiyası ABŞ-a dəymiş iqtisadi dağıntıların həqiqi sayını gizlətmək üçün iş yerlərinin statistikasını saxta yolla manipulyasiya edib. Mövcud olmayan 818.000 iş yeri. Onları nə qədər böyük iş gördüklərini göstərmək üçün yaratdılar, amma yox, bizdə heç vaxt belə rəqəmlər olmayıb”, – Tramp bildirib.

Xatırladırıq ki, iyulun 13-də Pensilvaniyada seçkiqabağı kampaniya zamanı 20 yaşlı gənc ABŞ prezidentliyinə namizədi güllələyib. Tramp yaralanıb. Onun tərəfdarlarından biri öldürülüb.