“BBC” – “Crocus City Hall”a hücumun iki iştirakçısı öldürülüb
“BBC”nin rusdilli nəşri mənbəyə istinadən xəbər verir ki, Moskvanın “Crocus City Hall” konsert zalına basqın edənlərdən ikisi öldürülüb.
Mənbənin məlumatına görə, hücum edənlərdən biri hadisə yerində, digəri isə polisin şübhəli bilinən şəxslərin “Renault” markalı avtomobilinə atəş açdığı Bryansk vilayətində öldürülüb.
“BBC”nin yazdığı üzrə, onların məlumatına görə, Bryansk vilayətində öldürülən şəxs Tacikistan vətəndaşıdır, lakin media onun adını və soyadını çəkmir.
Bir neçə silahlı şəxs Moskvada “Crocus City Hall”a basqın edərək konsertə gələn tamaşaçılara atəş açıb. Rusiya Xarici İşlər Nazirliyi “Crocus City Hall”a hücumu terror aktı kimi qiymətləndirib.
Son məlumatlara görə, “Crocus City Hall”a hücum nəticəsində ölənlərin sayı 133-ə çatıb. Rəsmi məlumata görə, hücumla bağlı 11 nəfər saxlanılıb. Martın 24-ü Rusiyada ümumdünya matəm günü elan edilib.