“BBC” – Co Bayden piyada əleyhinə minaların Ukraynaya təhvil verilməsinə razılıq verib

11:09, 20.11.2024

ABŞ prezidenti Co Bayden piyada əleyhinə minaların Ukraynaya təhvil verilməsinə razılıq verib. Bu barədə “BBC”yə ABŞ rəsmisi məlumat verib.

Adının çəkilməsini istəməyən məmur bu cür minaların tezliklə Kiyevə veriləcəyini və Vaşinqtonun onlardan Ukrayna ərazisində istifadə olunacağını gözlədiyini bildirib.

“Kiyev həmçinin ukraynalı mülki əhalinin məskunlaşdığı ərazilərdə belə minalardan istifadə etməməyi öhdəsinə götürüb”, – deyə rəsmi bildirib.

BBC-nin məlumatına görə, bu addım Vaşinqtonun son aylar Ukraynanın şərqində durmadan irəliləyən rus qoşunlarının irəliləyişini ləngitmək cəhdi kimi qiymətləndirilir.

Oxşar