"BBC" - Avropada meymun çiçəyinə ilk yoluxma halı qeydə alınıb
"BBC" - Avropada meymun çiçəyinə ilk yoluxma halı qeydə alınıb

 
Avropada meymun çiçəyinə ilk yoluxma halı qeydə alınıb. Bu haqda məlumatı “BBC” yayır.

İsveç Afrikada yayılmış xəstəliyin- meymun çiçəyinin öz ərazisində aşkar edildiyini təsdiqləyib.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı Afrikada meymun çiçəyinin yayılması ilə əlaqədar beynəlxalq səviyyəli ictimai səhiyyə fövqəladə vəziyyəti elan edib. Afrikanın Xəstəliklərə Nəzarət və Prevensiya Mərkəzinin mütəxəssisləri xəstəliyin yayılma tempindən narahat olduqlarını bildiriblər. İlin əvvəlindən bu günədək Konqo Demokratik Respublikasında meymun çiçəyinin yeni ştammına 17 000-dən çox yoluxma halı qeydə alınıb. 517 nəfər həlak olub.

Ümumdünya Səhiyyə Təşkilatı meymun çiçəyinin yayılmasına görə son iki ildə ikinci dəfə qlobal fövqəladə vəziyyət elan edib.