“BBC” – Atəşkəs razılaşmasına əsasən, “Həmas” polisi silah gəzdirməkdən çəkinəcək, Qətər və Misir isə potensial münaqişələrin qarşısını almaq üçün vasitəçi kimi çıxış edəcəklər

17:27, 18.01.2025

Qəzza zolağında atəşkəs razılaşmasına əsasən, HƏMAS-ın polis personalı silah gəzdirməkdən çəkinəcək. Qətər və Misir isə potensial münaqişələrin qarşısını almaq üçün vasitəçi kimi çıxış edəcəklər. – Bu barədə məlumatı “BBC” yayıb.

Medianın məlumatına görə, Doha danışıqlarında iştirak edən yüksək rütbəli fələstinli məmur atəşkəs razılaşmasının bir hissəsi kimi razılaşdırılan təhlükəsizlik protokolunun təfərrüatlarını jurnalistlə bölüşüb.

Bu razılaşmaya əsasən, İsrail HƏMAS polisinə Qəzza zolağının müəyyən edilmiş ərazilərində rəsmi mavi formalarında fəaliyyət göstərməyə icazə verəcək.

Yüksək rütbəli məmurun sözlərinə görə, Həmas polisi qaçqınların Qəzzanın cənubundan şimalına hərəkətinə nəzarət edəcək, həmçinin, Qəzza zolağının şərq və şimal sərhədlərində yerləşdiriləcək İsrail qüvvələrinə yaxınlaşmaqdan qaçacaq.

Bundan əlavə, razılaşmaya əsasən, HƏMAS polisi mütləq zəruri hallar istisna olmaqla, silah gəzdirməkdən çəkinəcək və Qətər və Misir iki tərəf arasında potensial münaqişələrin qarşısını almaq üçün vasitəçi kimi çıxış edəcək.

Məlumat üçün bildirək ki, Qəzza zolağında atəşkəs haqqında razılaşma yanvarın 19-da, səhər saatlarında qüvvəyə minməlidir.

Oxşar