“BBC” – ABŞ və İran arasında razılaşmanın elan edilməsindən sonra neftin qiyməti azalıb
ABŞ və İran arasında razılaşmanın elan edilməsindən sonra neftin qiyməti azalıb, – deyə BBC yazır.
Nəşrin məlumatına görə, əsas qlobal göstərici sayılan “Brent” markalı neftin bir barelinin qiyməti 4,3% azalaraq 83,55 dollar olub. ABŞ neftinin qiyməti isə 4,9% enərək bir barel üçün 80,74 dollara düşüb.
Məlumat üçün qeyd olunur ki, neftin ucuzlaşması ABŞ və İran arasında razılaşmanın əldə olunması barədə xəbərlərin yayılmasından sonra baş verib. Razılaşmanın rəsmi imzalanma mərasiminin 19 iyunda İsveçrədə keçirilməsi planlaşdırılır.