Batuminin keçmiş vitse-meri - Mən də bu faciədən şokdayam, son altı ayda mərhumu görməmişəm
Batuminin keçmiş vitse-meri - Mən də bu faciədən şokdayam, son altı ayda mərhumu görməmişəm

Batuminin keçmiş vitse-meri Zura Beridze Anastasiya Şatalovanın öldürülməsi ilə bağlı ilk şərhini verdi.

“Mən də bu faciədən şokdayam. Sizə deyə biləcəyim tək şey, son altı ayda mərhumu heç görmədiyimdir. Əlavə şərh verə bilmərəm “, – dedi Zura Beridze jurnalistlərə.

Beridzenin sözlərinə görə, hüquq -mühafizə orqanları tərəfindən dindirilməyib.

Batuminin keçmiş vitse-meri Zura Beridzenin mənzilində araşdırmanın bir hissəsi başa çatıb. Hüquq -mühafizə orqanlarının əməkdaşları mənzildən kompüter avadanlıqlarını və müxtəlif əşyaları çıxarıblar.

İstintaq, ehtimal ki, Tbilisidəki qətllə bağlıdır. Öldürülən Anastasiya Şatalova ilə sabiq vitse-merin ortaq bir övladı var.