Batuminin bir saylı ictimai məktəbində şagirdlərdən biri ehtimal ki, bibər qazı spreyi sıxıb
Batuminin bir saylı ictimai məktəbində şagirdlərdən biri ehtimal ki, bibər qazı spreyi sıxıb

 

Batuminin bir saylı ictimai məktəbindən bu gün səhər eyni anda 10 şagird klinikaya yerləşdirilib. Buna səbəb isə yayılmış məlumatlara görə, yeddinci sinifdə oxuyan şagirdlərdən birinin ehtimal ki, bibər qazı spreyi sıxması, nəticədə də bir neçə uşağın başının ağrımağa başlaması olub.

Məktəbin direktoru Natalia Mqeladze şagirdləri profilaktika məqsədilə klinikaya yerləşdirdiklərini bildirib. Onların hamısı özlərini yaxşı hiss edir və tezliklə klinikanı tərk edəcəklər.

Direktor hələlik bibər qazı spreyindən istifadə edilib-edilmədiyini konkretləşdirə bilməyəcəyini, bunun təhqiqat nəticəsində müəyyən ediləcəyini qeyd edib.

“Hadisə təxminən saat 12:00-da baş verib. Uşaqlarda baş ağrıları müşahidə olunub. Təbii ki, bunu nəzarətsiz qoya bilməzdim. Həkimləri özüm çağırdım. Sizi əmin etmək istəyirəm ki, biz uşaqları profilaktika üçün klinikaya yerləşdirdik. Onların heç biri özünü pis hiss etmir və hamısı tezliklə klinikanı tərk edəcək. Qalan təfərrüatlar təhqiqat nəticəsində məlum olacaq”- deyə Natalia Mqeladze açıqlayıb.

Hadisəyə görə məktəbdə tədris prosesi ləngiməyib.