Batumidə yerləşən surroqat analıq mərkəzində transmilli cinayət çərçivəsində istintaq tədbirləri həyata keçirilib
Gürcüstanın Prokurorluğu və İsrail hüquq-mühafizə orqanlarının əməkdaşlarının birgə iştirakı ilə
İsrail Dövlətindən daxil olmuş hüquqi yardımın göstərilməsi haqqında vasitəçilik əsasında Batumi şəhərində yerləşən BIRTH süni mayalanma, donorluq və surroqat analıq mərkəzində (tibb klinikasında) transmilli cinayət çərçivəsində istintaq və prosessual tədbirlər həyata keçirilib. Bu barədə Gürcüstan Prokurorluğu məlumat yayır.
İstintaq orqanının məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları tibb məntəqəsindən sənədləri və elektron məlumatları götürüblər.
“İndiki mərhələdə beynəlxalq istintaq çərçivəsində istintaq və prosessual hərəkətlər davam etdirilir, o cümlədən Gürcüstan və İsrail vətəndaşlarının şahid qismində dindirilməsi planlaşdırılır”- məlumatda qeyd olunub.