Batumidə, yaşayış korpusunun uçması faktı üzrə yaxalanan üç nəfərə qarşı həbs qətimkan tədbiri seçildi
Batumidə, yaşayış korpusunun uçması faktı üzrə yaxalanan üç nəfərə qarşı həbs qətimkan tədbiri seçildi. Qərarı Batumi Şəhər Məhkəməsinin hakimi, Tamar Bejanişvili az öncə elan etdi. Hakim Prokurorluğun tələbini təmin etdi.
Prosesdə hər üç yaxalanan, binanın sahibkarı Zaur Budatov və onun kirayələdiyi iki fəhlə, ata-bala Xuseyn və Giorgi Surmanidzelər iştirak edirdilər.
Yaxalananlara qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 240-cı maddəsi ilə irəli sürülüb.
Vkilin dediyinə görə, ekspertizanın yekun nəticəsinə qədər müttəhimlərin yaxalanması qanunsuzdur.
Batumidə, 26 May küçəsində 8 oktyabrda təxminən saat 12:00 radələrində yaşayış korpusunun bir hissəsi uçdu. Doqquz insan vəfat etdi, bir nəfər xəsarət aldı. DİN korpusun uçması faktı üzrə aparılan istintaq çərçivəsində üç nəfəri yaxaladı.