Batumidə yaşayış binalarından birində lift qırılıb, 5 nəfər xəsarət alıb
Batumidə yaşayış binalarından birində lift qırılıb, 5 nəfər xəsarət alıb

 

Batuminin Ağmaşenebeli küçəsində yerləşən yaşayış binalarından birində lift qırılıb.

Bina sakinləri kabinədə 9 nəfər olduğunu deyiblər. Onlardan 5-i klinikaya aparılıb, 4-ü isə xəsarət almadıqları üçün xəstəxanaya aparılmaqdan imtina edib.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları, xilasedicilər və təcili tibbi yardım qrupları səfərbər olunub.