Batumidə vətəndaşlar etiraz aksiyası keçirdilər
Batumidə vətəndaşlar etiraz aksiyası keçirdilər

Batumidə vətəndaşlar epid-vəziyyətlə bağlı qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını və kompensasiya tələb edirlər.

Bugün Batumi vətəndaşları iqtidar evində qədər etiraz yürüyüşü keçirdilər. Onlar məktəblərin və uşaq baxşalarının açılmasını və həmçinin, ictimai nəqliyyat vasitələrinin işinin bərpasını tələb edirlər.

Aksiya iştirakçıları arasında kazino, restoran və ritual zallarının əməkdaşları və həmçinin, mikroavtobus sürücüləri var idi.

“200 larilik yardım nəyimizə yetsin? Aylardır işsiz qalmışıq. Bank kreditlərimiz var və bu məbləğ yetərli deyil. Kompensasiyanın artırılmasını və kredit ödənişlərinin təxirə salınmasını tələb edirik. Adi iş rejiminə, iş yerlərimizə qayıtmaq istəyirik. Digər şəhərlərdə belə məhdudiyyətlər yoxdur, bizdə isə nəqliyyat da işləmir” – dedi aksiya iştirakçılarından biri Eka Mgeladze.

Aksiyanın digər iştirakçısı, musiqiçi Nana Kuxalaşvilinin dediyinə görə, qoyulan məhdudiyyətlərə görə, gəlirsiz qalıb.

“Mən musiqiçiyəm, restoranda işləyirəm. Saat 10:00-da sonra restoran bağlanır və orda işləməyin mənası yoxdur. Gəlirsiz, pulsuz qaldıq. İşləsəm belə, nəqliyyat işləmdikdən sonra işə necə gedim ki? Taksi pulum mu var. Mən başa düşmürəm gecə saatlarında koronavirus aktivləşir mi? O Drakuladır mı?- dedi Kuxalaşvili.

Aksiya iştirakçılarının bəyanatına görə, tələblər qane edilənə qədər etiraz etməyə davam edəcəklər.