Batumidə Ukraynaya dəstək aksiyası keçirilir
Batumidə Ukraynaya dəstək aksiyası keçirilir

 

Batumidə Ukraynaya dəstək aksiyası keçirilir. Acarada yaşayan Ukrayna vətəndaşları ilə yanaşı, Rusiya vətəndaşları da Avropa meydanına toplaşıblar.

“Mən müharibə istəmirəm, əgər belə davam edərsə, biz Rusiya vətəndaşları tezliklə dünyada heç bir yerə gedə bilməyəcəyik. Ukraynada baş verənləri pisləyirəm, inkişaf etmiş, çiçəklənmiş Ukraynanı dəstəkləyirəm” – deyə Rusiya vətəndaşlarından biri Gürcüstanın Birinci Kanalına bildirib.

Aksiyada siyasi partiyaların nümayəndələri də iştirak edirlər.

“2008-ci ildə Ukraynadan çoxlu zəng edildiyini xatırlayıram. Bu gün biz də belə davranmalıyıq, bununla Ukraynaya kömək etməli, humanitar missiyalarda iştirak etməli, lazım gələrsə, münaqişə zonalarından zərərçəkmişləri qəbul etməliyik, Acaranın bunun üçün potensialı var” – deyə “Milli Hərəkat”-ın nümayəndəsi Qiorqi Kirtadze bildirib.