Batumidə Ukrayna vətəndaşları öz ölkələrinə həmrəylik aksiyası keçirdilər
Batumidə Ukrayna vətəndaşları öz ölkələrinə həmrəylik aksiyası keçirdilər

Batumidə Ukrayna vətəndaşları öz ölkələrinə həmrəylik aksiyası keçirdilər. “Eşq olsun Ukraynaya”, – Eşq olsun Gürcüstana” – aksiya iştirakçıları tərəfindən eşidilirdi.

Aksiya iştirakçılarının bəyan etdiyinə görə, onlar dünyanın müxtəlif ölkələrində keçirilən həmrəylik aksiyalarına qoşulurlar.

“Dünən dünyanın müxtəlif ölkələrində həmrəylik aksiyaları keçirilldi. Sözsz ki, Batumi də onların yanında durur, sadəcə olaraq bu aksiyanı Tbilisidə baş verən faciəyə görə bugünə keçirdik. Bütün Gürcüstan başsağlığı veririk. Bu gün bir daha demək istəyirik ki, Rusiya işğalçıdır, Rusiya öldürür və biz bu aksiyaları vaxtaşırı keçirəcəyik. Eləcə də biz əsgərimiz üçün 5000 dollar,paltar topladıq və onlara göndərəcəyik”, – aksiya təşkilatçısı, Lenira Melqaziyeva deyir.

Aksiya Mərkəzi Parkın kolonnalarının yaxınlığında keçirildi. Ukrayna himni səsləndirilsi. Aksiya iştirakçıları böyük Ukrayna bayrağını nümayiş etdidilər. Aksiyada Gürcüstan bayraqları da var idi.