Batumidə "Ucuz Ev" layihəsi çərçivəsində 40 ailəyə mənzil verilib
Batumidə "Ucuz Ev" layihəsi çərçivəsində 40 ailəyə mənzil verilib

 

Batumi Meriyasının “Ucuz Ev” layihəsi çərçivəsində 40 ailəyə mənzil verilib. Batumi meriyası tərəfindən həyata keçirilən layihənin, əlçatan yaşayış evinin (dırnaq arası ucuz ev) birinci mərhələsi başa çatıb. Dırnaq arası Ucuz Ev illərdir Batumidə yaşayan və ev ala bilməyən, daimi gəliri olan və uzunmüddətli, güzəştli vaxt ərzində mənzilin dəyərini ödəyə biləcək vətəndaşlar üçün inşa edilib.

Bu gün Achara hökumətinin sədri Tornike Rijvadze, Batumi merinin vəzifələrinin icraçısı Lela Surmanidze ilə birlikdə proqram çərçivəsində, Cavaxişvili küçəsində tikilmiş iki evdə 40 ailəyə mənzilləri təhvil verib.

Proqramda iştirak edən ailələrin seçimi tenderdə qalib gələn şirkət tərəfindən, mənzillərin seçilməsi isə lototron qaydası ilə həyata keçirilib.

Proqramın ikinci mərhələsi üçün müraciətlərin qəbulu sentyabr ayının sonuna qədər davam edəcək. Hər iki mərhələdə 80 ailəyə mənzillər veriləcək.

Layihənin dəyəri dörd milyon 667 min 746 larini təşkil edir.