Batumidə "TBC Bank"ın ofisində bank işçisinə xəsarət yetirilib
Batumidə "TBC Bank"ın ofisində bank işçisinə xəsarət yetirilib

 

Batumidə “TBC Bank”ın ofisində bank işçisinə xəsarət yetirilib. Hadisə binanın ikinci mərtəbəsində baş verib.

Yaralı xəstəxanaya çatdırılıb, hücum edən şəxs isə mühafizə polisi tərəfindən hadisə yerində saxlanılıb.

İnsidentin nədən qaynaqlandığı hələlik məlum deyil.

Hazırda filialın xarici perimetri sarı lentlə əhatə olunub. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər.