Batumidə “TBC Bank”ın əməkdaşına xəsarət yetirmə faktı ilə əlaqədar bir nəfər saxlanılıb
Batumidə “TBC Bank”ın əməkdaşına xəsarət yetirmə faktı ilə əlaqədar bir nəfər saxlanılıb

 

Daxili İşlər Nazirliyi Batumidə “TBC Bank”ın əməkdaşına xəsarət yetirmə faktı ilə əlaqədar bir nəfəri saxlayıb. Bununla bağlı Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayır.

Nazirlikdən verilən məlumatda cinayətin 10 ildən 15 ilədək müddətə həbs cəzasını nəzərdə tutduğu deyilir.

“Daxili İşlər Nazirliyinin Acara Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində 1991-ci il təvəllüdlü İ.Ş.-ni qəsdən adam öldürməyə cəhd ittihamı ilə saxlayıblar.

Cinayət 10 ildən 15 ilədək müddətə həbs cəzasını nəzərdə tutur.

İstintaqla təqsirləndirilən şəxsin Batumidə banklardan birinin filialında tanışı, həmin bankın əməkdaşı – 1988-ci il təvəllüdlü C.A.-ya soyuq silahla xəsarət yetirdiyi müəyyən edilib. Yaralı tibb müəssisəsinə yerləşdirilib.

Polis İ.Ş.-ni hadisə yerində saxlayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətin törədildiyi silahı – bıçağı sübut kimi götürüblər.

Qəsdən adam öldürməyə cəhd faktı ilə əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə istintaq aparılır”- deyə Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.