Batumidə pis hava şəraitinin yaratdığı problemlər
Səhərdən saatlarından Batumidə intensiv yağış yağır. Güclü yağıntı şəhərin bir neçə küçəsində problemlər yaradıb. Hazırda su basması səbəbindən Ağmaşenebeli küçəsində hərəkət tamamilə məhdudlaşdırılıb. Bir neçə yerdə “Batumis Tsğali” briqadaları və xüsusi texnika işləyir.
Batumi Meriyasının məlumatına görə, hazırda qaynar xəttə su basması ilə bağlı 30-a yaxın müraciət daxil olub. “Batumis Tsğali” briqadaları çağırışlar üzrə işləyir və su basmış ərazilərdən suyun çəkilməsi həyata keçirilir. Qurumun məlumatına görə, drenaj sistemi düzgün işləyir, nasos stansiyaları isə fasiləsiz rejimdə fəaliyyət göstərir.
Güclü yağıntı nəticəsində şəhərin bir neçə yerində ticarət sahələri də su altında qalıb.