Batumidə oktyabrın 8-də yaşayış binasının uçması nəticəsində həlak olanların xatirəsi yad edildi
Batumidə oktyabrın 8-də yaşayış binasının uçması nəticəsində həlak olanların xatirəsi yad edildi

Batumidə, 26 May küçəsindəki yaşayış evinin uçmasından bir il keçdi. Bu gün Batumi faciəsinin qurbanları yad edildi

Yaşayış binasının uçduğu yerdə Acarıstan hökumətinin nümayəndələri və vətəndaşlar həlak olanların ailə üzvləri ilə birlikdə ölənlərin xatirəsini ehtiramla yad etdilər.

Faciə yerinə Xüsusi Təyinatlı Departamentinin yanğınsöndürən-xilasediciləri getdilər.

Batumidə 26 May küçəsində yaşayış binasının bir hissəsi oktyabrın 8-də saat 12:00 radələrində uçdu. Doqquz nəfər həlak oldu və bir nəfər xəsarət aldı. DİN korpusun uçması faktı üzrə istintaq çərçivəsində üç nəfəri, binanın sahibi və üç fəhləni yaxaladı. Prokurorluq onlara qarşı, insanın ölümü və ağır nəticələri əmələ gətirən tikinti işləri zamanı təhlükəsizlik qaydalarını pozmağa görə ittiham irəli sürdü.

Uçmuş yaşayış evinin yerində zərərçəkmişlər üçün yeni yaşayış korpusunun tikintisi nəzərdə tutulur.