Batumidə “Milli Hərəkat”ın bir neçə tərəfdarı ilə Nika Melia arasında sözlü münaqişə baş verib
“Vahid Milli Hərəkat”ın Batumidəki ofisində səs-küy müşahidə olunur. Bir saatdan çoxdur ki, Nika Melia partiya aktivistləri ilə görüşə başlaya bilmir. Nika Melia ofis yaxınlığında görünən kimi səs-küy düşüb. Fəallardan biri ondan Mixeil Saakaşvilidən üzr istəməsini istəyib.
İctimai fəal Melianın fəaliyyətsiz olduğunu və Mixeil Saakaşvilini azad etmək üçün heç nə etmədiyini bildirib. Yerli təşkilatın liderləri ilə ictimai fəal arasında qarşıdurma baş verib, onun görüşə qatılmasına imkan vermirlər.
VMH-nin Batumi təşkilatının sədri Qiorqi Kirtadze ictimai fəalın “Gürcü Arzusu”nun oyununu oynadığını və baş verənlərin təxribat olduğunu bildirib.
“Bir nəfər görüşü pozmağa çalışdı, necə dava-dalaş içində olduğumuzu hamınız görürsünüz. “Gürcü Arzusu”nun işini bəziləri bilərəkdən, bəziləri isə bilməyərəkdən edir. Onlar Nika Melianın Batumidəki görüşünü pozmağa cəhd ediblər”-deyə Kirtadze bildirib.
Acara təşkilatının bir neçə üzvü mətbuata açıqlama verməsə də, etiraz əlaməti olaraq Nika Melia ilə görüşü tərk edib.