Batumidə “Milli Hərəkat”ın 9 üzvü, o cümlədən sakrebulonun deputatları partiyanı tərk edib
Batumidə “Milli Hərəkat”ın 9 üzvü, o cümlədən sakrebulonun deputatları partiyanı tərk edib

 
“Milli Hərəkat”ın Batumi təşkilatının üzvləri Qiorqi Kirtadze və Mirdat Kamadadze partiyanı tərk ediblər. Batumi sakrebulosunda “Milli Hərəkat” fraksiyasının 7 deputatı da “Milli Hərəkat”ı tərk edib.

“Bütün birlik şanslarını tükətmişik, partiyanı tərk edirik”-deyə “Milli Hərəkat”ın Batumi təşkilatının üzvləri brifinqdə deyiblər.

Bununla yanaşı, Qiorqi Kirtadzenin qeyd etdiyi kimi, onlar artıq qələbə perspektivi olmayan yerdə qalmayacaqlar.

“Qələbə perspektivi olmayan yerdə biz daha qalmayacağıq. Onlar bizə dedilər ki, əgər manifestə imza atmasaq, partiyada qala bilməyəcəyik və hesab edirik ki, manifest partiyanı parçalamaq məqsədi daşıyırdı”- Qiorqi Kirtadze bildirib.

“Milli Hərəkat”ın sabiq üzvləri siyasi fəaliyyətlərini və mübarizələrini yeni platformada davam etdirəcəklərini deyirlər, hərçənd onlar yeni təşkilat yaratmaqdan, Nika Melia ilə əməkdaşlıqdan danışmayıblar.